Bakı. Trend:
“Zirə” yeni futbolçuyla anlaşıb.
Komanda braziliyalı Maykon Kleytonu heyətinə qatıb. Qapıçı ilə 2 illik müqavilə bağlanılıb.
İyirmi yeddi yaşlı futbolçu daha əvvəl ölkəsinin “Santa Kruz”, “Redd Bull Braqantino”, “Vitorio”, “Seara” və Portuqaliyanın “Portimonense” klublarında çıxış edib.