Fransada təyyarə qəzaya uğrayıb, ölənlər var

Dünya xəbərləri Materials 20 İyun 2026 09:01 (UTC +04:00)

Bakı. Trend:

Fransanın qərbində yerləşən La Baule kommunasında turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, xilasedicilər hadisə yerinə çatdıqda təyyarə alov içində olub. Yanğının söndürülməsi əməliyyatına 29 nəfərlik heyət cəlb edilib.

Qəzanın başvermə səbəbləri və həlak olanların şəxsiyyəti araşdırılır.

Xəbər lenti

Xəbər lenti