"Barselona" danimarkalı müdafiəçi ilə müqavilə imzalayacaq

İdman Materials 20 İyun 2026 04:27 (UTC +04:00)
"Barselona" danimarkalı müdafiəçi ilə müqavilə imzalayacaq

Bakı. Trend:

"Barselona" iyunun sonunda müqaviləsi başa çatan Andreas Kristensenlə bağlı qərar verib.

İspaniya çempionu danimarkalı futbolçunu komandada saxlayacaq. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

30 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, Andreas Kristensen 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Danimarka millisinin üzvü 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.

Xəbər lenti

Xəbər lenti