ABŞ millisi Avstraliyanı məğlub edib - DÇ-2026

İdman Materials 20 İyun 2026 01:43 (UTC +04:00)
ABŞ millisi Avstraliyanı məğlub edib - DÇ-2026

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir.

B qrupunda ABŞ Avstraliya ilə qarşılaşıb.

Görüş amerikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

11-ci dəqiqədə avstraliyalıların heyətində Kameron Börces avtoqol müəllifi olub. 44-cü dəqiqədə Aleks Frimen ikinci qolu vurub.

Xallarını 6-ya çatdıran ABŞ millisi turnir cədvəlinə başçılıq edir.

Xəbər lenti

Xəbər lenti