İsrail ordusuna Livanda atəşi dayandırmaq əmri verilib

Dünya xəbərləri Materials 20 İyun 2026 20:50 (UTC +04:00)
İsrail ordusuna Livanda atəşi dayandırmaq əmri verilib

Bakı. Trend:

Livanda "Hizbullah" təşkilatına qarşı əməliyyat keçirən İsrail qoşunlarına atəşi dayandırmaq əmri verilib.

Bu barədə "N12" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, bu əmr İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz tərəfindən verilib və yerindəki ordu bölmələrinə çatdırılıb. Eyni zamanda, bu əmrə əsasən, İsrail ordusu Livanın cənubundakı "Sarı Xətt" adlanan ərazidə mövqelərini qorumağa davam edəcək.

Bildirilib ki, bu qərar İsrail hakimiyyəti tərəfindən "ABŞ ilə koordinasiyadan sonra" verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti