Bakı.Trend:
Ötən gün yabanı halda bitmiş 19,4 ton çəkidə 24503 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
“İyunun 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar olunaraq götürülüb”,-deyə nazirliyin Mətbuat Xidmətindən bildirilib.
Ötən gün aşkarlanan qanunsuz-silah sursat sayı da açıqlanıb.
“Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 5 tüfəng, 4 patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər”,-deyə qurumun Mətbuat Xidmətindən əlavə edilib.
