Bakı. Trend:
Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatında qapıçılar tərəfindən keçirilən oyunların sayına görə rekordçu olub.
O, Almaniya millisinin heyətində dünya kubokunun ikinci turunda Kot-d’İvuar ilə oyunda start heyətdə yer alıb. Bu oyun 40 yaşlı Noyerin Almaniya millisinin heyətində dünya kubokunda 21-ci oyunu olub. Ondan əvvəlki rekord fransız Hugo Lorisə aid idi. O, dünya kubokunda 20 oyun keçirmişdi.
Noyer Almaniya millisinin heyətində 2014-cü il dünya kubokunun qalibi olub.