İran Hörmüz boğazına nəzarət etmir - ABŞ Silahlı Qüvvələri

Dünya xəbərləri Materials 21 İyun 2026 00:46 (UTC +04:00)
İran Hörmüz boğazına nəzarət etmir - ABŞ Silahlı Qüvvələri

Bakı. Trend:

İran Hörmüz boğazına nəzarət etmir.

Bu barədə “Axios” xəbər portalının jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində yazıb.

Jurnalist paylaşımında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi, birinci dərəcəli kapitan Tim Hokinsin sözlərindən sitat gətirib.

“Gəmilərin hərəkəti davam edir və ABŞ Silahlı Qüvvələri vəziyyətin belə qalmasını təmin etmək üçün vəziyyəti izləyir”, – deyə Ravid onun sözlərindən sitat gətirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti