Ağstafaya diametri 28 millimetrə çatan dolu düşüb - Faktiki hava

Cəmiyyət Materials 20 İyun 2026 23:12 (UTC +04:00)
Ağstafaya diametri 28 millimetrə çatan dolu düşüb - Faktiki hava

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidməti iyunun 20-si saat 22:00-a olan faktiki hava barədə məlumat yayıb.

Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Naftalan, Şəki, Balakən, Oğuz, Qusarda şimşək çaxır, arabir yağış yağır.

Saat 20:10 radələrində Qazax rayonuna diametri 10-12 millimetr, saat 20:20 radələrində isə Ağstafa rayonu ərazisinə diametri 25-28 millimetr olan dolu düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti