Hörmüz boğazında 60 gün ərzində ödəniş tətbiq olunmayacaq - Tramp

Dünya xəbərləri Materials 21 İyun 2026 00:02 (UTC +04:00)
Hörmüz boğazında 60 gün ərzində ödəniş tətbiq olunmayacaq - Tramp

Bakı. Trend:

Atəşkəs qüvvədə olduğu müddətdə, yəni 60 gün ərzində Hörmüz boğazından keçid üçün heç bir ödəniş tutulmayacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşımında bildirib.

Onun sözlərinə görə, bu müddət başa çatdıqdan sonra da ödənişlərin tətbiqi nəzərdə tutulmur. Tramp qeyd edib ki, yalnız razılaşma əldə olunmadığı halda, ABŞ-nin Yaxın Şərq ölkələrinə göstərdiyi və “Qoruyucu mələk” adlandırdığı xidmətlərin əvəzinin ödənilməsi məqsədilə keçmiş, cari və gələcək xərclərin kompensasiyası üçün belə bir addım atıla bilər.

“Bu halda ABŞ tərəfindən müvafiq ödənişlərin tətbiqi mümkün ola bilər”, – deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti