Azərbaycan cüdoçusu Avropa Kubokunda bürünc medal qazanıb

İdman Materials 21 İyun 2026 05:32 (UTC +04:00)
Azərbaycan cüdoçusu Avropa Kubokunda bürünc medal qazanıb

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində gənc cüdoçular arasında təşkil olunan Avropa Kubokunun ilk yarış günü başa çatıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Azərbaycan yığması günü bir medalla tamamlayıb. 60 kq çəki dərəcəsində çıxış edən Rəsul Əlizadə bürünc medal qazanaraq mükafatçılar sırasında yer alıb.

Cüdoçumuz üçüncülük uğrunda qarşılaşmada Fransanı təmsil edən Lüsyen Tiksyen üzərində qələbə qazanıb.

Yarışa iyunun 22-də yekun vurulacaq. Turnirin son günündə Azərbaycan millisinin daha dörd üzvü tatamiyə çıxacaq.

Xəbər lenti

Xəbər lenti