Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer hakim Leyboristlər Partiyasındakı millət vəkillərinin etimadını itirməsi səbəbindən 22 iyunda istefasını elan edə bilər.
Trend-in məlumatına görə, bu barədə "The Observer" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Starmer kabinet nazirləri, müşavirləri, həmkarlar ittifaqı liderləri və Leyboristlər Partiyasının donorları ilə müzakirələrdən sonra artıq Dauninq küçəsi 10 ünvanında yerləşən ofisi tuta bilməyəcəyi qənaətinə gəlib.
Baş nazi öz istefasını gələn həftə, ehtimal ki, iyunun 22-də elan edəcəyi gözlənilir. Nəşrin məlumatına görə, Starmer hakimiyyətin nizamlı şəkildə keçidini təmin etmək üçün istefası üçün bir müddət müəyyən edəcək. Çox güman ki, o, sentyabr ayında, Leyboristlər Partiyasının konfransından əvvəl rəsmi olaraq vəzifəsindən gedəcək.