Mingəçevir. Trend:
Mingəçevir şəhərində “Tam Store” şəbəkəsinə məxsus mağazada yanğın olub.
Trend-in yerli müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai küçəsində qeydə alınıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunublar.
Yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənərək Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alov qısa müddətdə söndürülüb və onun ətrafdakı mağazalara keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
