Bakı. Trend:
Ağ Ev administrasiyası Latın Amerikasında fəaliyyət göstərən cinayətkar qruplaşmalara qarşı zərbələri davam etdirmək niyyətindədir. Bunu Venesuelanın “Tren de Araqua” qruplaşmasının liderinin zərərsizləşdirilməsi fonunda Ağ Evin nümayəndəsi Oliviya Ueyls bildirib.
Bu barədə “The Washington Post” qəzeti yazır.
“Birləşmiş Ştatlar amerikalılara qarşı hücumlar planlaşdırmaq niyyəti və imkanı olan istənilən qruplaşmanı bundan sonra da müəyyən edib zərərsizləşdirəcək. İstər milyonlarla amerikalını zəhərləyən ölümcül kartellər olsun, istərsə də cihadçılar”, – deyə məlumatda bildirilir.
Ötən həftə ABŞ Prezidenti bəyan edib ki, ABŞ Silahlı Qüvvələri Venesuela hakimiyyəti ilə birgə “Tren de Araqua” qruplaşmasının başçısı Nino Gerreroya qarşı əməliyyat keçirib və onu uğurla zərərsizləşdirib.