Qətərdə zavodda partlayış olub, 54 nəfər yaralanıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 22 İyun 2026 08:45 (UTC +04:00)

Bakı. Trend:

Dohanın şimal-şərqindəki Ras Laffan sənaye zonasında qaz emalı zavodunda baş verən partlayış nəticəsində ən azı 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb.

Bu barədə Qətərin Daxili İşlər Nazirliyi xəbər verib.

"Ras Laffan sənaye zonasındakı zavodlardan birində baş verən qəzada xəsarət alanların ümumi sayı 54 nəfərdir. Eyni zamanda, Lehviya Daxili Təhlükəsizlik Qüvvələrinin axtarış-xilasetmə qrupu mülki müdafiə ilə birlikdə 18 itkin düşmüş şəxsin axtarışı üçün əməliyyat keçirir", - deyə bildirilib.

xxx

01:47

Dohanın şimal-şərqindəki Ras Laffan sənaye zonasında qaz emalı zavodunda baş verən partlayış nəticəsində bir neçə nəfər yaralanıb.

Bu barədə Qətərin Daxili İşlər Nazirliyi xəbər verib.

"Yuxarıda qeyd olunanlarla yanaşı, hadisə Ras Laffan sənaye zonasındakı zavodlardan birində fəaliyyət zamanı baş verən texniki nasazlıq səbəbindən baş verib və nəticədə bir neçə nəfər xəsarət alıb. İnsan təhlükəsizliyini təhdid edən heç bir sızma aşkar edilməyib", - deyə nazirlik bildirib.

Qeyd edilib ki, səlahiyyətli orqanlar hadisənin nəticələrini aradan qaldırmaqda davam edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti