Tovuzda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Hadisə Materials 21 İyun 2026 20:30 (UTC +04:00)
Tovuzda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Bakı. Trend:

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Əsrik Cırdaxan kəndi ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil qarşısına çıxan iki baş mal-qaranı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti