“Qarabağ” DÇ-2026-nın iştirakçısı olan qapıçını transfer edib

İdman Materials 21 İyun 2026 21:25 (UTC +04:00)
“Qarabağ” DÇ-2026-nın iştirakçısı olan qapıçını transfer edib

Bakı. Trend:

2026/2027-ci il mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

Bu barədə klubdan məlumat verilib.

Xorvatiyanın “Riyeka” klubu ilə danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç “Qarabağ”a transfer olunub.

Bosniya və herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper “Qarabağ”da 23 nömrəli formanı geyinəcək.

“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Martin Zlomisliç 2021-ci ildə “Riyeka”ya keçib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti