Starmer yaxın zamanda istefa verəcək - Tramp

Dünya xəbərləri Materials 21 İyun 2026 18:57 (UTC +04:00)
Starmer yaxın zamanda istefa verəcək - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin tezliklə vəzifəsini tərk edəcəyinə inandığını bildirib.

Tramp, bu fikirlərini “Truth Social” platformasında paylaşıb.

"Kir Starmer yaxın zamanda Birləşmiş Krallığın Baş naziri postundan istefa verəcək", - Tramp bildirib.

Tramp qeyd edib ki, Kir Starmer immiqrasiya və enerji siyasəti kimi mühüm sahələrdə, xüsusilə də Şimal dənizi neft ehtiyatlarının istifadəsi məsələsində uğursuz olub. ABŞ Prezidenti ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti