DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

İdman Materials 21 İyun 2026 22:12 (UTC +04:00)
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

Bakı. Trend:

Futbol üzrə dünya çempionatının qrup mərhələsində ikinci turun növbəti oyunu keçirilib.

H qrupunda İspaniya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gəliblər.

Atlanta stadionunda baş tutan qarşılaşma İspaniya millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Lamin Yamal 10-cu dəqiqədə hesabı açıb. Mikel Oyarzabal isə 21 və 24-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb. Matçda son qolu 49-cu dəqiqədə Səudiyyə Ərəbistanının müdafiəçisi Həsən Əl-Tombakti öz qapısına vurub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti