Xətai və Nizami rayonlarının bəzi ərazilərində su saatla veriləcək - ADSEA

Cəmiyyət Materials 22 İyun 2026 17:32 (UTC +04:00)
Xətai və Nizami rayonlarının bəzi ərazilərində su saatla veriləcək - ADSEA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir.

Bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyinin(ADSEA) Mətbuat Xidməti məlumat yayıb.

“Mütəxəssislərin iştirakı ilə 2 gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq.

Hazırkı vəziyyətdə tətbiq olunan müvəqqəti qrafik rejimini təqdim edirik:

Xətai rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00

Nizami rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00”, - deyə qurumun Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, iyunun 20-dən paytaxtın müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatında fasilələr yaranıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti