Vyetnam Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 22 İyun 2026 16:31 (UTC +04:00)
Vyetnam Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Vyetnam dövləti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycanın yaxın dostu olan Vyetnam Sizin rəhbərliyinizlə ölkənin inkişafı, beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi ilə bağlı əldə etdiyi uğurları diqqətlə izləyir və bu nailiyyətlərə sevinir.

Məmnunluqla qeyd edirəm ki, ötən dövr ərzində ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, strateji tərəfdaşlıq durmadan möhkəmlənir və inkişaf edir. Qəti əminəm ki, Vyetnam ilə Azərbaycan arasında bu təmələ əsaslanan münasibətlər gələcəkdə də inkişaf edəcək, iki ölkənin tərəqqisinə, xalqlarımızın rifahına, bütün dünyada sülhə və inkişafa töhfə verəcək.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti vəzifənizdə böyük uğurlar, Azərbaycan Respublikasına davamlı tərəqqi, xalqınıza firavanlıq arzulayıram. Yaxın vaxtlarda Sizin Vyetnama səfər edəcəyinizi gözləyirəm".

Xəbər lenti

Xəbər lenti