Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi kəsiləcək

Cəmiyyət Materials 22 İyun 2026 10:11 (UTC +04:00)
Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İyunun 22-də Bakı və Sumqayıtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Azərişıq" ASC-nin Mətbuat xidməti məlumat yayıb.

"Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Mikayıl Müşfiq küçəsi, eləcə də Mətbuat və Parlament prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Həmin tarixdə Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində həyata keçiriləcək təmir-təftiş işləri səbəbindən saat 10:00-dan 13:00-dək Şirin Mirzəyev və Əliağa Kürçaylı küçələrinin bəzi hissələrində də elektrik enerjisinin verilişi dayandırılacaq.

Bununla yanaşı, Sumqayıt Elektrik Şəbəkəsinə daxil olan 110/10 kV-luq “Sumqayıt” yarımstansiyasından çıxan 14 və 16-cı şəhər fiderlərində təmir və elektrik naqillərinin yenilənməsi işləri görüləcək. Yenidənqurma çərçivəsində Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkiləcək. Bu səbəbdən saat 11:00-dan 15:00-dək Sumqayıt şəhərinin 20 və 21-ci mikrorayonları, həmçinin 50-53-cü məhəllələrin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq",-deyə Mətbuat Xidmətindən bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti