Misir millisi dünya çempionatında ilk qələbəsini qazanıb

İdman Materials 22 İyun 2026 07:37 (UTC +04:00)
Misir millisi dünya çempionatında ilk qələbəsini qazanıb

Bakı. Trend:

Misir milli komandası futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Yeni Zelandiya yığmasını 3:1 hesabı ilə məğlub edib.

Qarşılaşma Kanadanın Vankuver şəhərində keçirilib.

Qalib komandanın heyətində qolları Mostafa Ziko (58-ci dəqiqə), Məhəmməd Salah (67) və Trezeqe (82) vurublar. Yeni Zelandiyadan Finn Serman (15) fərqlənib.

Bu qələbə Misir yığması üçün dünya çempionatları tarixində ilk qələbə olub. Bundan əvvəl misirlilər mundiallarda 8 oyun keçirmiş, 3 dəfə heç-heçə etmiş, 5 dəfə isə məğlub olmuşdular.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti