"Anglo Asian Mining" Azərbaycanda qazma proqramını yeniləyib

İqtisadiyyat Materials 22 İyun 2026 10:46 (UTC +04:00)
"Anglo Asian Mining" Azərbaycanda qazma proqramını yeniləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Anglo Asian Mining" Azərbaycanda qazma proqramını yeniləyib.

Bu barədə şirkətin məlumatında qeyd olunub.

“Şirkət 2026–2027-ci illərdə 90 min metrlik qazma proqramını həyata keçirməyi planlaşdırır. Proqrama təxminən 55 min metr kəşfiyyat qazması və təxminən 35 min metr texniki-iqtisadi əsaslandırma çərçivəsində qazma işləri daxildir. “Xarxar” yatağında artıq iki qazma qurğusunun cəlb olunduğu karotaj qazmalarına başlanılıb. “Qaradağ” yatağında işlərin başlanması isə 2026-cı ilin üçüncü rübündə gözlənilir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, kəşfiyyat işləri “Xarxar” və “Qaradağ” sahələrində, eləcə də onlara bitişik ərazilərdə mineral zonaların genişləndirilməsinə yönələcək. Buraya Gədəbəy müqavilə sahəsində sonrakı qazma işləri, həmçinin “Dəmirli” mədəninin və “Cənubi Dəmirli” sahəsinin genişləndirilməsi daxildir.

Şirkətin məlumatına görə, “Gilar” yatağında da yeraltı qazmalara başlanılıb və bu işlər yuxarı horizontların öyrənilməsinə, həmçinin yatağın daha dərin səviyyələrinin mümkün genişləndirilməsinə yönəlib.

“Texniki-iqtisadi əsaslandırma çərçivəsində qazma işlərinə mineral ehtiyatların qiymətləndirilməsinin yenilənməsi üçün geoloji sıxlaşdırıcı qazmalar, eləcə də geotexniki, hidrogeoloji, metallurgiya və nəzarət işləri daxildir: “Xarxar”da təxminən 10 min metr, “Qaradağ”da isə təxminən 25 min metr”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, “Xarxar” yatağı Gədəbəy müqavilə sahəsinin şimal sərhədindən 1,5 kilometr məsafədə yerləşir. Burada 2023-cü ildə səthdən və yeraltı horizontlardan karotaj qazmaları da daxil olmaqla geniş geoloji-kəşfiyyat işləri aparılıb. Həmçinin kəşfiyyat portalı tikilib və yeraltı qazma yolu açılıb. 2022-ci ildə yatağın əvvəlki sahibindən əldə edilmiş tarixi məlumatlar da təhlil olunub. İşlərin nəticələrinə əsasən, JORC standartına uyğun mineral ehtiyatların qiymətləndirilməsi dərc edilib və buna əsasən mis ehtiyatları 119,1 min ton təşkil edir.

“Qaradağ” yatağı “Xarxar”ın şimal sərhədinə bitişikdir və eyniadlı filiz sahəsini əhatə edir. 2024-cü ildə bu yataq üzrə JORC standartına uyğun ilkin resurs qiymətləndirilməsi dərc olunub və burada təxminən 900 min ton mis ehtiyatının olduğu təsdiqlənib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti