İsrail Livanın cənubunda təhlükəsizlik zonasından qoşunlarını çıxarmaq niyyətində deyil

Dünya xəbərləri Materials 22 İyun 2026 00:02 (UTC +04:00)
İsrail Livanın cənubunda təhlükəsizlik zonasından qoşunlarını çıxarmaq niyyətində deyil

Bakı. Trend:

İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından, o cümlədən Bofor qalası ərazisindən qoşunlarını çıxarmaq niyyətində deyil.

Bu barədə İsrailin müdafiə naziri İsrail Kats "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İsrail Bofor bölgəsindən geri çəkilməyi planlaşdırmır, çünki bu ərazi Livandakı təhlükəsizlik zonasının ayrılmaz hissəsidir və Qalileyanın müdafiəsi, eləcə də İsrail Müdafiə Ordusunun (SAXAL) fəaliyyətində mühüm rol oynayır.

Nazir həmçinin qeyd edib ki, İsrailin baş naziri Binyamin Netanyahu ilə birlikdə İsrail Livandakı təhlükəsizlik zonasından qoşunların çıxarılmayacağını açıq şəkildə bəyan edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti