Azərbaycanda 694 nəfər metadonla əvəzedici müalicə alır

Cəmiyyət Materials 22 İyun 2026 17:02 (UTC +04:00)
Azərbaycanda 694 nəfər metadonla əvəzedici müalicə alır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 279, QİÇS-lə Mübarizə Mərkəzində 293, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər) 694 xəstə müalicə alır.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

İşçi Qrupunun məlumatına görə, 2026-cı ilin yanvar-may ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 302 vətəndaş müraciəti daxil olub, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 25-i narkotik asılılıqdan müalicə, 239-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.

“Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 63 məktub ünvanıb”,-deyə İşçi Qrupundan əlavə edilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 39002 nəfər istiqamətləndirilib.

“Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 2740 nəfərdən 1301 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib”, - deyə İşçi Qrupundan bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti