Bakı. Trend:
ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatları dayandırmalıdır.
Bununla bağlı ABŞ Senatı qətnamə qəbul edib.
50 senator bu sənədin lehinə, 48 senator isə əleyhinə səs verib. Hakim Respublikaçılar Partiyasından dörd qanunverici qətnamənin lehinə səs verib. Yalnız bir Demokrat əleyhinə səs verib. Oxşar sənəd iyunun əvvəlində Nümayəndələr Palatasında təsdiqlənib.
Burada söhbət Konqresin hər bir palatasında ayrıca qəbul edilən qətnamədən gedir. O, hüquqi qüvvəyə malik deyil və tövsiyə xarakteri daşıyır. Belə sənədlərdə qanunvericilər öz mövqelərini ifadə edirlər.
ABŞ icra hakimiyyəti bu sənədləri nəzərə almamaq hüququna malikdir.