Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərini İrana göndərmək üçün tələsmək lazım deyil.
Bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib.
"Tələsməyə ehtiyac yoxdur. Amma vaxtı çatanda orada olacaqlar", - deyə o, müfəttişlərin İranın nüvə obyektlərini nə vaxt ziyarət edəcəyi barədə danışarkən qeyd edib.
İranın belə bir razılaşmanın olmadığı iddialarını şərh edən Tramp vurğulayıb: "Onlar səhv edirlər." "Onlar səhv etdiklərini bilirlər", - deyə o əlavə edib.