Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

İqtisadiyyat Materials 23 İyun 2026 12:00 (UTC +04:00)
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Tren xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 408 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti