DÇ-2026: Əlcəzair İordaniya üzərində qələbə qazanıb

İdman Materials 23 İyun 2026 09:30 (UTC +04:00)
DÇ-2026: Əlcəzair İordaniya üzərində qələbə qazanıb
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir.

Qrup mərhələsi çərçivəsində J qrupunda İordaniya və Əlcəzair yığmaları qarşılaşıb.

Görüş Əlcəzairin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 36-cı dəqiqəsində Nizar Əl-Rəşdan İordaniya yığmasını önə çıxarsa da, ikinci hissədə Əlcəzair geridönüş etməyi bacarıb.

Qarşılaşmanın 69-cu dəqiqəsində Nadir Benbuali, 82-ci dəqiqəsində isə Amin Quiqinin qolları Əlcəzairə qələbə qazandırıb.

İordaniya və Əlcəzair milliləri arasında keçirilmiş matçının ən yaxşı oyunçusu da bəlli olub. Belə ki, əlcəzairli İbrahim Maza bu ada layiq görülüb.

Hazırda Argentina 6 xalla J qrupunun lideridir. Hərəyə 3 xal toplayan Avstriya və Əlcəzair yığmaları 2-ci və 3-cü yerləri bölüşürlər.

İordaniya isə 0 xalla sonuncudur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti