ABŞ Sahil Mühafizəsinə məxsus helikopter Alyaskada qəzaya uğrayıb

Dünya xəbərləri Materials 23 İyun 2026 01:52 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Sahil Mühafizəsinə məxsus helikopter Alyaska ştatında qəzaya uğrayıb.

Bu barədə "ABC News" telekanalı Sahil Mühafizəsinin Arktika üzrə İdarəsinə istinadən məlumat yayıb.

Qurumun açıqlamasına görə, "MH-60 Jayhawk" tipli helikopterin qəzaya uğraması ilə bağlı məlumat daxil olduqdan sonra təcili yardım və axtarış-xilasetmə qrupları Juno yaxınlığında yerləşən Sitka bölgəsinə cəlb olunub.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb.

İdarədən bildirilib ki, ekipaj üzvlərinin təhlükəsizliyi, sağlamlığı və xilas edilməsi əsas prioritet olaraq qalır. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi məqsədilə rəsmi araşdırmaya başlanılacağı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti