Polşa prezidenti Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 22 İyun 2026 23:44 (UTC +04:00)
Polşa prezidenti Türkiyəyə səfər edəcək

Bakı. Trend:

Polşa prezidenti Karol Navrotski iyunun 23-24-də Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Karol Navrotski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında ölkəyə səfər edəcək.

Bildirilib ki, səfər zamanı keçiriləcək görüşlərdə Türkiyə-Polşa əlaqələrinin müxtəlif istiqamətləri ətraflı müzakirə olunacaq, həmçinin əməkdaşlığın daha da genişləndirilməsi üçün mümkün addımlar nəzərdən keçiriləcək.

Görüşlərin gündəliyinə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi də daxildir.

Xəbər lenti

Xəbər lenti