“Ford” və “General Motors” hərbi təyinatlı məhsullar istehsal edə bilər - Tramp

Dünya xəbərləri Materials 23 İyun 2026 06:36 (UTC +04:00)
“Ford” və “General Motors” hərbi təyinatlı məhsullar istehsal edə bilər - Tramp
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın iri avtomobil istehsalçıları olan “Ford” və “General Motors” yaxın gələcəkdə müdafiə sənayesi üçün hərbi təyinatlı məhsulların istehsalına qoşula bilər.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə media nümayəndələri ilə görüşü zamanı danışıb.

Onun sözlərinə görə, iyunun 24-də ölkənin aparıcı silah istehsalçıları ilə görüş keçirməsi nəzərdə tutulur.

Tramp qeyd edib ki, hazırda ölkə üzrə yeni istehsal müəssisələrinin yaradılması istiqamətində işlər aparılır və bu çərçivədə “Ford” və “General Motors” ilə müzakirələr davam edir.

ABŞ lideri bildirib ki, xüsusilə “General Motors” müdafiə məhsullarının istehsalına maraq göstərir və şirkətin fəaliyyət istiqamətini dəyişdirə biləcək bir neçə zavodu mövcuddur.

Onun sözlərinə görə, gələcəkdə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər, “Tomahawk” qanadlı raketləri və digər silah növlərinin istehsalının artırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti