Bəzi ərazilərdə qaz olmayacaq

Cəmiyyət Materials 23 İyun 2026 05:23 (UTC +04:00)
Bəzi ərazilərdə qaz olmayacaq
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakının Qaradağ və Nərimanov rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin, saat 10:00-dan etibarən isə Nərimanov rayonunun Z. Bünyadov və Azadlıq prospektlərinin, İ. Dadaşov, M. K. Atatürk və N. Nərimanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti