Qubada 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (VİDEO)

Cəmiyyət Materials 23 İyun 2026 11:07 (UTC +04:00)
Qubada 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qubada 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Trend-in məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Orxan Sultanlı saxlanılıb.

Ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Orxan Sultanlı barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti