Bakı. Trend:
Xorvatiya millisinin futbolçuları dünya çempionatının qrup mərhələsinin ikinci turunda Panama yığmasını 1:0 hesabı ilə məğlub ediblər.
Qarşılaşma Toronto şəhərində keçirilib.
Oyunda yeganə qolu 54-cü dəqiqədə Ante Budimir vurub.
L qrupunda 4 xalla İngiltərə millisi liderdir. Qana yığmasının da hesabında 4 xal var. Sonrakı pillələrdə Xorvatiya (3 xal) və Panama (0 xal) qərarlaşıb. Panama təmsilçiləri pley-off mərhələsinə yüksəlmək şanslarını itiriblər.