AZIR dərəcəsi üzrə orta günlük göstərici martdan bəri 6,43-6,44% intervalında formalaşıb - AMB

İqtisadiyyat Materials 24 İyun 2026 11:15 (UTC +04:00)
AZIR dərəcəsi üzrə orta günlük göstərici martdan bəri 6,43-6,44% intervalında formalaşıb - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin martın sonundan başlayaraq 6.43-6.44% intervalında olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.

"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində, uçot dərəcəsinə yaxın səviyyədə formalaşır. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin martın sonundan başlayaraq 6.43-6.44% intervalında olub. İzafi likvidlik şəraitində Mərkəzi Bank tərəfindən AZIR-i uçot dərəcəsinə yaxın səviyyədə idarə etmək üçün əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. May ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 7 günlük depozit əməliyyatlarının payı 88.7% təşkil edib. Bununla yanaşı, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə müntəzəm hərraclar da keçirilir. May və iyun aylarında bütün müddətlər üzrə notların gəlirliliyi azalma meyilli olub. İlin qalan dövründə bank sektorunda izafi likvidliyin daha da artması gözlənilir", - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti