Pambıqçılıqda sığorta mexanizmlərinin hazırlanması nəzərdə tutulur - Zeynal Nağdəliyev

İqtisadiyyat Materials 24 İyun 2026 11:45 (UTC +04:00)
Pambıqçılıqda sığorta mexanizmlərinin hazırlanması nəzərdə tutulur - Zeynal Nağdəliyev
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Sabirabad. Trend:

Pambıqçılıqda sığorta mexanizmlərinin hazırlanması nəzərdə tutulur

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair regional müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib.

O qeyd edib ki, Azərbaycanda pambıqçılıq sahəsində formalaşmış istehsal sistemi bu gün müstəqil və dayanıqlı inkişaf mərhələsinə daxil olub.

Zeynal Nağdəliyev vurğulayıb ki, hazırda ölkədə pambıqçılıq üzrə ixtisaslaşmış 15 şirkət fəaliyyət göstərir. Bu şirkətlər əkin sahələrini müstəqil müəyyən edir, fermerlərlə birbaşa müqavilələr bağlayır və istehsal prosesini kənar müdaxilə olmadan təşkil edir.

Prezidentin köməkçisi bildirib ki, pambıqçılıqda məhsul subsidiyalarının davam etdirilməsi, beynəlxalq bazarlarda qiymət dəyişkənliyindən yaranan risklərin azaldılması məqsədilə sığorta mexanizmlərinin hazırlanması da nəzərdə tutulur. Bu addımlar fermerlərin və şirkətlərin gəlirlərinin sabitliyini təmin etməyə xidmət edəcək.

Zeynal Nağdəliyev əminliyini ifadə edib ki, regional müşavirədə aparılan müzakirələr qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsinə, pambıqçılıqda daha yüksək nəticələrin əldə olunmasına və sahənin davamlı inkişafına mühüm töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti