Bakının bəzi ərazilərində işıq olmayacaq

Cəmiyyət Materials 24 İyun 2026 09:15 (UTC +04:00)
Bakının bəzi ərazilərində işıq olmayacaq
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərinin elektrik təminatında məhdudiyyət yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət Quliyev küçələri, Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin bəzi hissələrini əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti