Ağcabədidə 7 kiloqramdan artıq marixuana aşkarlanıb

Cəmiyyət Materials 24 İyun 2026 10:07 (UTC +04:00)
Ağcabədidə 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıbş

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Belə ki, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 42 yaşlı Təyyar Rüstəmov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış keçirilərkən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə T.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti