Bakıda İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılış mərasimi keçirilir

Siyasət Materials 24 İyun 2026 10:18 (UTC +04:00)
Bakıda İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılış mərasimi keçirilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının (PUIC) 20-ci sessiyasının açılış mərasimi keçirilir.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, tədbirin açılış mərasimində İƏT ölkələrinin parlamentlərinin spikerlərinin və müavinlərinin, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları gözlənilir.

Sessiya çərçivəsində təşkilatın qarşıda duran əsas vəzifələri ətrafında fikir mübadiləsi aparılacaq.

İyunun 25-nə qədər davam edəcək tədbirə 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox ölkə spikerinin və 10 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə ümumilikdə 400-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulub.

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti