Bakı. Trend:
Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, forum yerli və xarici ekspertlərin iştirakı ilə sığorta bazarının aktual məsələlərinin müzakirə olunduğu illik sahə platformasıdır.
Tədbirin əsas məqsədi dünya sığorta bazarlarında mövcud olan müasir tendensiyalarla tanışlıq, yerli bazar iştirakçıları ilə digər ölkələrin sığortaçıları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də sığorta sahəsində beynəlxalq təcrübə və müasir çağırışların öyrənilməsidir.
Forumda aidiyyəti dövlət qurumlarının nümayəndələri, Azərbaycanın sığorta bazarının peşəkar iştirakçıları, beynəlxalq sığorta təşkilatlarının təmsilçiləri, 20-yə yaxın xarici ölkədən sığorta mütəxəssisləri, bank sektorunun, digər maliyyə institutlarının və media nümayəndələri iştirak edirlər.
Xəbər yenilənəcək
