Sabirabad. Trend:
Sabirabad rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirə keçirilir.
Trend-in yerli bürosunun xəbərinə görə, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Müşavirədə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ADSEA-nın sədri Zaur Mikayılov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, aidiyyəti dövlət qurumlarının nümayəndələri, pambıqçılıq sahəsi üzrə ixtisaslaşmış rayonlardan olan fermer və sahibkarlar iştirak edirlər.
