Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib

Cəmiyyət Materials 24 İyun 2026 19:30 (UTC +04:00)
Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin beşinci günü altı mindən çox müəllim sertifikasiya imtahanı verib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin mətbuat xidmətinin məlumatına görə, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin beşinci günü yekunlaşıb. Test imtahanında 6455 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bildirilib ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 25 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 25 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti