Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

Siyasət Materials 24 İyun 2026 18:02 (UTC +04:00)
Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilib.

Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə “Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə”dən irəli gələn vəzifələri həyata keçirir, “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”yə “Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə”dən irəli gələn vəzifələri həyata keçirir, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə “Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə”dən irəli gələn vəzifələri həyata keçirmək, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”yə “Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə”dən irəli gələn vəzifələri həyata keçirmək bənd və yarımbəndləri əlavə edilib.

Xəbər lenti

Xəbər lenti