Azərbaycanlı jurnalistlər Hamburqda "Airbus"un istehsal gücləri ilə tanış olublar (FOTO)

İqtisadiyyat Materials 24 İyun 2026 12:55 (UTC +04:00)
Azərbaycanlı jurnalistlər Hamburqda "Airbus"un istehsal gücləri ilə tanış olublar (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Hamburq. Trend:

Almaniyanın Hamburq şəhərində “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) "AerCap" şirkəti ilə lizinq müqaviləsi çərçivəsində təchiz edilən ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi münasibətilə təşkil olunan mediatur çərçivəsində iştirakçılar Airbus şirkətinin istehsal gücləri ilə tanış olublar.

Trend-in xüsusi müxbiri xəbər verir ki, jurnalistlər üçün "Airbus"un istehsal xətləri üzrə ekskursiya təşkil olunub, "A320" və "A350" təyyarələri ailələrinin yığım sexlərinə baxış keçirilib. Mediatur iştirakçılarına hava gəmilərinin istehsalının əsas mərhələləri, o cümlədən konstruksiyaların yığılması, avadanlıqların quraşdırılması və son montaj xəttinin işi təqdim olunub.

“Airbus”ın kommunikasiyalar üzrə nümayəndəsi Daniel Verdunq bildirib ki, Hamburqda yerləşən zavod Tuluzadan sonra Airbus-un ikinci ən böyük istehsal müəssisəsidir. Burada “A320” ailəsinə aid təyyarələrin istehsalı üzrə dörd xətt fəaliyyət göstərir. Zavodda “A320” təyyarələrinin istehsalı və yekun montajı, həmçinin “A330” və “A350” təyyarələrinin bəzi hissələrinin hazırlanması həyata keçirilir.

“Burada istehsal üç mərhələdən ibarətdir.

Birinci mərhələ fyuzelyaj konstruksiyasının yığılmasıdır.

Bu mərhələdə təyyarənin əsas “skelet” hissəsi formalaşdırılır. Fyuzelyajın üç əsas bölməsi (ön, mərkəzi və quyruq hissələri) yığılır və daha sonra vahid konstruksiyada birləşdirilir. Məhz bu mərhələdə təyyarənin əsas forması və daşıyıcı konstruksiyası yaradılır.

İkinci mərhələ avadanlıqların quraşdırılması, yəni sistemlərin montajıdır.

Karkasın yığılmasından sonra bütün daxili sistemlərin quraşdırılmasına başlanılır. Boru xətləri, kabellər və şlanqlar çəkilir, pəncərələr və qapılar quraşdırılır. Həmçinin sərnişinin hazır təyyarədə görmədiyi, kabinənin daxili panelləri və üzlükləri arxasında gizlənən bütün avadanlıqlar yerləşdirilir”, - deyə o vurğulayıb.

Mediaturun sonunda iştirakçılara üçüncü mərhələ - “A320” ailəsinə aid təyyarələrin yekun montajı barədə məlumat verilib. Bu mərhələdə daha əvvəl hazırlanmış bütün əsas bölmələr və komponentlər birləşdirilərək vahid hava gəmisi formalaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti