Daha bir ölkədə sosial mediadan istifadə üçün minimum yaş həddi təklif edilir

Dünya xəbərləri Materials 24 İyun 2026 20:48 (UTC +04:00)
Daha bir ölkədə sosial mediadan istifadə üçün minimum yaş həddi təklif edilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın ailə naziri Karin Prien TikTok, Instagram və Snapchat kimi sosial media platformalarından müstəqil istifadə üçün qanuni minimum yaş həddini 13 olaraq təyin etməyi təklif edib.

Xarici media yazır ki, o, bu yanaşmanın "prinsipcə doğru" olduğunu düşünür.

Təşəbbüs uşaqların və yeniyetmələrin rəqəmsal mühitdəki risklərdən, o cümlədən pornoqrafik məzmuna çıxış, nifrət dolu çıxışlar, kiberhücum və sosial platformalarda həddindən artıq vaxt keçirməkdən qorunmasının gücləndirilməsi kontekstində müzakirə olunur.

Nazirin sözlərinə görə, tənzimləmə ideal olaraq Avropa İttifaqı səviyyəsində qəbul edilməlidir. Bununla belə, o, Avropa səviyyəsində kifayət qədər irəliləyiş əldə edilməsə, Almaniyanın milli hüquqi çərçivələrin hazırlanmasına başlayacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti