Dünyanın ən güclü superkompüteri seçildi

Dünya xəbərləri Materials 24 İyun 2026 21:00 (UTC +04:00)
Dünyanın ən güclü superkompüteri seçildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin LineShine kompüteri dünyanın ən güclü superkompüterlərinin Top500 reytinqində birinci yeri tutub.

Xarici media yazır ki, LineShine High Performance Linpack (HPL) etalon testində American El Capitandan 22% daha sürətli olub.

Üçüncü və dördüncü yerləri müvafiq olaraq Frontier və Aurora tutub, ilk beşliyi isə Almaniyanın JUPITER Booster kompüteri tamamlayıb.

Aprel ayında təqdim edilən LineShine Şenzhen Bulud Hesablama Mərkəzi tərəfindən hazırlanıb və Şenzhendəki Milli Superkompüter Mərkəzində (NSCS) yerləşir. O, Çin LX2 prosessorları və Kylin əməliyyat sistemi ilə işləyir, təxminən 42,2 MVt enerji sərf edir. Sözü gedən kompüter elmi, süni intellekt tətbiqləri üçün istifadə edilə bilər.

LineShine-ın uğuru, xarici texnoloji məhdudiyyətlərə baxmayaraq, Çinin superkompüter sənayesi üçün müstəqil cihaz və proqram təminatı ekosistemi qurmaqda tarixi bir addım kimi qiymətləndirilir.

Çin superkompüteri 2017-ci ildən bəri ilk dəfə reytinqdə birinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti