Bakı. Trend:
İyunun 26-da havanın Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq
ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti, dağlarda
gecə 9-14° isti, gündüz 17-22°, bəzi yerlərdə 24-26° isti
olacaq.
