Bank sektorunun aktivləri 5%-ə yaxın artıb

Maliyyə Materials 25 İyun 2026 10:43 (UTC +04:00)
Bank sektorunun aktivləri 5%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 59 milyard 183,7 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, bu, ötən il eyni dövrü ilə müqayisədə 2,6 milyard manat və ya 4,7% çoxdur.

Hesabat dövründə bankların cəmi öhdəlikləri
51 milyard 612,2 milyon manat, balans kapitalı 7 milyard 571,5 milyon manat olub.

May ayında
bankların cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 3,2% və 3,9% artıb, balans kapitalı isə 1,2% azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti